Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının bu il Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) ödəyəcəyi haqqın məbləği onların ötən ilin yekunundakı maliyyə göstəriciləri əsasında müəyyən ediləcək.
FED.az Report-a istinadən xəbər verir ki, bu barədə Palatanın Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov məlumat verib.
Xatırladaq ki, ötən gün qüvvəyə minmiş qaydalara görə, aktivlərinin həcmi 1 mlrd. manatdan çox olan banklar 800 min manat, aktivlərinin həcmi 500 mln. manatdan 1 mlrd. manata qədər olan banklar 500 min manat, aktivlərinin həcmi 500 mln. manata qədər olan banklar isə 300 min manat Palataya illik haqq ödəməlidir.
31 dekabr 2016-cı il tarixinə 32 yerli bankdan 5-nin aktivləri 1 mlrd. manatdan çox, 8-nin aktivləri 500 mln. manatdan 1 mlrd. manata qədər, 19-nun aktivləri isə 500 mln. manata qədərdir. Son nəticədə Azərbaycan bankları Palataya 13,7 mln. manat haqq ödəməlidir.
| № | Kommersiya bankları | Bank aktivlərinin həcmi, mln. manat (31.12.2016) |
MBNP-yə ödəniləcək illik haqq, min manat |
| 1 | Accessbank | 1 058,872 | 800 |
| 2 | AFB Bank | 300,446 | 300 |
| 3 | AGBank | 520,003 | 500 |
| 4 | Amrahbank | 256,224 | 300 |
| 5 | Atabank | 472,542 | 300 |
| 6 | International Bank of Azerbaijan | 12 223,723 | 800 |
| 7 | Azərbaycan Industry Bank | 787,179 | 500 |
| 8 | Azer-Turk Bank | 469,550 | 300 |
| 9 | Bank Eurasia | 143,417 | 300 |
| 10 | Bank of Baku | 549,609 | 500 |
| 11 | Bank BTB | 241,508 | 300 |
| 12 | Bank Respublika | 912,117 | 500 |
| 13 | Silkway Bank | 403,993 | 300 |
| 14 | Bank VTB (Azerbaijan) | 435,563 | 300 |
| 15 | Caspian Development Bank | 129,295 | 300 |
| 16 | Demirbank | 538,829 | 500 |
| 17 | Expressbank | 286,822 | 300 |
| 18 | Gunaybank | 118,810 | 300 |
| 19 | Xalg Bank | 1 668,621 | 800 |
| 20 | Kapital Bank | 3 096,691 | 800 |
| 21 | Bank Melli Iran-Baku | 80,468 | 300 |
| 22 | Muganbank | 470,824 | 300 |
| 23 | Naxchivanbank | 126,407 | 300 |
| 24 | NBC Bank | 158,970 | 300 |
| 25 | Nikoil Bank | 439,726 | 300 |
| 26 | National Bank of Pakistan-Baku | 11,263 | 300 |
| 27 | PASHA Bank | 3 149,516 | 800 |
| 28 | Rabitabank | 522,288 | 500 |
| 29 | Turanbank | 528,222 | 500 |
| 30 | Unibank | 716,522 | 500 |
| 31 | YapiKredi Bank Azerbaijan | 447,862 | 300 |
| 32 | Ziraat Bank Azerbaijan | 132,196 | 300 |
| Cəmi | 31 398,080 | 13 700 |
Bununla belə, R.Abbasov bildirib ki, qaydalar 19 aprel 2017-ci ildən qüvvəyə mindiyi üçün banklar bu ilin qalan 8 ayının pulunu Palataya ödəyəcək. Bu isə təxminən 9,1 mln. manat təşkil edir.













