2020-ci ildə Baltikyanı ölkələr arasında ən az iqtisadi tənəzzül Litvada, ən böyük geriləmə isə Latviyada qeydə alınıb.
FED.az xəbər verir ki, bu barədə Latviyanın Milli Statistika Bürosu məlumat yayıb.
Bildirilir ki, ötən il Litvanın ümumi daxili məhsulu (ÜDM) 2019-cu illə müqayisədə 0,8 faiz azalıb, Latviya və Estoniya iqtisadiyyatında isə geriləmə müvafiq olaraq 3,6 faiz və 2,9 faiz təşkil edib.
Keçən ilin son rübündə Litva, Latviya və Estoniyanın ÜDM-in azalma nisbəti müvafiq olaraq 1 faiz, 1,5 faiz və 1,2 faiz olub.(AZERTAC)