Şəmir rayonunda Şəmkir çayının sahilində “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi tikilir. Hazırda tikintisi sürətlə aparılır.
Müəssisədə ilkin mərhələdə ildə 2500 ton 12 növ farel balığının və saatda 3000 ədəd balıq konservinin istehsalı, 150 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Növbəti mərhələdə ildə 10 min ton balıq istehsal etmək və işçilərin sayını 500 nəfərə çatdırmaq planlaşdırılır