İqtisadiyyat

Bakıda orta aylıq əməkhaqqı - 821,4 MANATA ÇATIB

Bakıda orta aylıq əməkhaqqı - 821,4 MANATA ÇATIB | FED.az
13:47 2 Avq 2019

Yanvar-may aylarının ilkin məlumatlarına əsasən, əvvəlki ilə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 3,9 faiz artaraq 821,4 manata çatıb.
Eləcə də bax: Azərbaycanın 42 dövlət qurumunda 508 boş iş yeri var - SİYAHI

FED.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət,  informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Digər xəbərlər