Sentyabr ayında Bakıda torpaq bazarında ucuzlaşma müşahidə olunub.
FED.az-ın məlumatına görə, bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
ELƏCƏ DƏ BAX: ASAN Xidmətə torpaqla bağlı – YENİ SƏLAHİYYƏT
Onun sözlərinə görə, bir sot torpağın qiyməti 3,7 faiz artıb və orta hesabla bir sotun qiyməti 22 258 manatdan azalaraq 21 434 manat olub.
Ekspert bildirib ki, torpaq bazarında ucuzlaşma mövsümi xarakter daşıyır: “Torpaq bazarında qeyri-mövsümi aylar başlayır, yəni yağışlı hava şəraiti torpağa marağı azaldır”.
Bakıda torpağın qiyməti -UCUZLAŞIR
21:56
29 Okt 2018