2019-cu ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 9,3% artaraq 855,4 manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda hansı sahədə maaşların - NƏ QƏDƏR ARTDIĞI – AÇIQLANDI - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat verir.
2019-cu ilin noyabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 934,6 manata çatıb ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 20,9%, cari ilin oktyabr ayı ilə müqayisədə isə 1,2% çoxdur.
"Artım Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəldilməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində baş tutub", - məlumatda qeyd olunur.
Apa