Yanvarın 27-də Bakıda ilk dəfə Milli İxracatçılar və İdxalçılar Forumu keçiriləcək.
FED.az xəbər verir ki, Forumda Dövlət Gömrük Komitəsi, KOBİA, AZPROMO, banklar, lizinq və logistika şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
Forumda ixraca, Azərbaycan ixracatçılarının müxtəlif xarici bazarlara çıxışına dövlət dəstəyi tədbirləri, logistika sahəsində problemlər, idxal-ixracda lizinq əməliyyatları müzakirə olunacaq.