Dövlət Aqrar Ticarət Şirkəti "Kənddən Şəhərə" layihəsinin ilk mağaza və yarmarkasını tezliklə istifadəyə verəcək.
FED.az xəbər verir ki, bunu Dövlət Aqrar Ticarət Şirkətinin rəhbəri Leyla Məmmədova bildirib.
"Dövlət Aqrar Ticarət Şirkəti komandasının neçə aylar üzərində çalışdığı "Kənddən Şəhərə" layihəsinin ilk mağazası və yarmarkası tezliklə açılacaq".
İlk "Kənddən Şəhərə" mağazası Nizami 154 (köhnə Nizami 92) ünvanında fəaliyyət göstərəcəkdir.