Bu gün Bakıda Rusiya Federasiyasının Həştərxan vilayətinin İşgüzar Mərkəzinin rəsmi açılışı olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, işgüzar mərkəzin açılışında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Həştərxan vilayətinin quberbatoru İqor Babuşkin iştirak ediblər.
Həmçinin, Həştərxan İşgüzar Mərkəzinin rəsmi açılışı ilə bərabər, Həştərxan Dövlət Universitetinin Təhsil, elm və texnologiya Mərkəzinin ofisinin açılışı baş tutub.
Qeyd edək ki, bu gün Həştərxan vilayətinin qubernatoru İqor Babauşkinin rəhərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.
Həştərxan Beynəlxalq Əlaqələr Agentliyinin rəhbəri Vladimir Qolovkovun sözlərinə görə, bu, Rusiyanın Həştərxan vilayəti ilə Azərbaycan arasında turizmin inkişafına təkan verəcək. Bu ilin təkcə sentyabr ayında 18 mindən çox rusiyalı Azərbaycana səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65 % çoxdur.
Xatırladaq ki, 2018-ci ilin may ayında Həştərxanın şəhərinin mərkəzində Azərbaycanın İşgüzar Mərkəzi açılıb. İşgüzar Mərkəz Həştərxanın Bakı küçəsində fəaliyyət göstərir.
Azərbaycanın İşgüzar Mərkəzinin təməli 2016-cı ilin sonunda qoyulub. Mərkəzin tikintisi Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilib. Onun inşasına 208 milyon rubl investisiya qoyulub.