Yeni il ərəfəsində bayram süfrəsi üçün hazırlıq dövrüdür.
Eləcə də bax: Azərbaycanda qiymət arımı əhalinin gəlirlərinin artmını - KƏSKİN ÜSTƏLƏYİB
FED.az xəbər verir ki, qiymətlərin sürətlə artdığı və demək olar ki, hər gün yeniləndiyi bir vaxtda sərfəli, ailənin gəlirinə uyğun bazarlıq hər bir vətəndaşı düşündürür.
Bunu nəzərə alaraq «Business Insight» araşdırma şirkəti ən ucuz yeni il səbətinin müəyyənləşdirilməsi məqsədi ilə Bakıdakı supermarket şəbəkələrində qiymətləri araşdırıb.
Araşdırma bazarda ən çox tanınan «Bazarstore», «Rahat», «Araz» və «Bravo» Supermarketlər şəbəkələrini əhatə edib.
Araşdırmaya, yalnız Bakı şəhərinin ən müxtəlif bölgələrində faəliyyət göstərən hər bir marketlər şəbəkəsinin 3 mağazası (toplamda 12 mağaza) cəlb edilib. Bayram səbətinə isə 37 adda müxtəlif növ qida və meyvə-tərəvəz məhsulları daxil edilib. Araşdırma nəticələri göstərib ki, yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına artan tələbatına ən yaxşı cavab verən, yəni ən ucüz qiymətlər təklif edən market “Araz Supermarketlər” şəbəkəsidir.
Qida məhsulları üzrə ucuz qiymət siyasətinə görə “Araz”ı “BazarStore” mağazalar şəbəkəsi izləyir.
Araşdırma həyata keçirilən şəbəkələrin hamısında eyni adda mallar üçün müəyyən olunan qiymətlərin müqayisəsi aşağıdakı infoqrafikada əks olunub. Ən aşağıdakı şəkildə eyni malları müxtəlif marketlərdən almaq şərtilə yeni il bazarlığının qiyməti göstərilib.