"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC dostluq və əməkdaşlıqla bağlı 4 anlaşma memorandumu imzalayıb.
FED.az xəbər verir ki, müqavilə Çinin 3, Hindistanın isə 1 şirkəti ilə imzalanıb.
Eləcə də bax: Bakıda dünya limanlarının toplantısı keçirilir - FOTOLAR
Belə ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Lianyunqanq Liman Holdinqlər Qrupu arasında anlaşma memorandumu, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və "Cosco Shipping Lines" MMC şirkəti arasında anlaşma memorandumu, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Quancou limanı administrasiyası arasında qardaş liman əməkdaşlığına dair anlaşma memorandumu, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Mumbay liman tresti arasında anlaşma memorandumunun imzalanma mərasimi baş tutub.