Caspian European Club-un üzvləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanında biznes-turda olublar. Bu barədə FED.az-a Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev nəlumat verib.
Biznes-tur iştirakçıları açıq qapı formatında “Port Festival 2019” adlı tədbirdə iştirak ediblər. Festival Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının açılışının ildönümü münasibətilə keçirilib, - deyə Telman Əliyev söyləyib.
Biznes-tur iştirakçıları “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru cənab Taleh Ziyadovla görüşmək imkanı əldə ediblər. Caspian European Club-un üzvləri festivalın stendi, keçirilən aksiya və vertolyot şousuna, Xəzər regionunda ən nəhəng dəniz ticarət limanlarından birinin infrastrukturu və orada həyata keçirilmiş işlərlə tanış olublar.
Telman Əliyev qeyd edib ki, Caspian European Club ölkənin və regionun iri dövlət və özəl müəssisələrinin potensialı, eləcə də partnyorluğun qurulması imkanları ilə yaxından tanış olmaq məqsədilə iş adamları üçün ənənəvi olaraq bu cür biznes-turlar təşkil edir.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb.