2018-ci ilin sentyabr ayında Bakının avtomobil bazarında orta qiymət 28.011 manat təşkil edib.
FED.az-ın məlumatına görə, bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov bildirib.
ELƏCƏ DƏ BAX: “Azərmaş”ın dövlətdən müştəriləri artır
N.İbrahimov deyib ki, mühərrik həcmi 2-dən az olan avtomobillərin orta qiyməti 15.302 manat təşkil edib və bu kateqoriyaya aid avtomobillərin qiymətində 6.75 faiz artım qeydə alınıb. Mühərrik həcmi 3-dən böyük olan avtomobillərin 55.866 manat və qiymətdə 7.57 faiz azalma olub.
N.İbrahimov bildirib ki, sentyabr ayında ümumilikdə 1444 ədəd avtomobil satışa çıxarılıb: “Əvvəlki ayla müqayisədə sentyabrda avtomobil bazarında təkliflər portfeli 0,48 faiz azalıb".
Bahalı maşınları alan yoxdur - UCUZLAŞIRLAR
20:27
31 Okt 2018