Dövlət Statistika Komitəsi (DSK) 2019-cu ilin iyun ayında qiymətləri artıb-azalan məhsulların siyahısını açıqlayıb. FED.az həmin siyahını təqdim edir. Eləcə də bax:Azərbaycanda qiymətlərin nə qədər artdığı – RƏSMİ AÇIQLANDI UCUZLAŞAN ƏRZAQ MALLARI:İyun ayında mal və qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, bananın, albalının, gilasın, alçanın, əriyin, şaftalının, kələmin, pomidorun, xiyarın, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, soğanın, sarımsağın, kartofun, energetik içkilərin qiymətlərində ucuzlaşma baş verib. BAHALAŞAN ƏRZAQ MALLARI: İyun ayında yumru düyünün, buğda ununun, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, yoqurtun, xamanın, pendirin, kəsmiyin, kərə və bitki yağlarının, limonun, çiyələyin, şabalıdın, göyərtinin, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, dondurmanın, mineral suların, kola içkisi və limonadın qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. |
Bahalaşan və ucuzlaşan ərzaqların – SİYAHISI AÇIQLANDI
11:31
12 İyul 2019