Rusiyanın Maliyə Nazirliyi investorlara yeni avrobondlarla bağlı sənədlər göndərərək, sərmasyənin geriyə qaytarılması üçün hazırlıqlara başlayıb. FED.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın iş adamları bu proseslə bağlı böyük ümidlər gözləsələr də, sonda məlum olub ki, qiymətli kağızın buraxılması üzrə güzəştlərdən başqa, proses hər hansı üstünlüklər vəd etmir.
Əvvəllər qeyd oluduğu kimi, rusiyalı sahibkarlar ABŞ-ın yeni sanksiyaları fonunda ölkənin müstəqil avrobondlarını almağa razılıq verərək, kapitalın ölkəyə geri qayıdışına hazır olduqlarını demişdilər. Lakin bu proses onların gözlədiyi kimi investorlara yüksək imtiyazlar vermədi.
Back to Russia: kapitalın geriyə qaytarılmasına hazırlıq gedir
15:32
16 Yan 2018