Azərbaycan Standartlaşdırma İnstitutu ilə Litva Standartlar Şurası arasında Anlaşma Memorandumu imzalanıb.
Dövlət Xidmətində sahibkarlar üçün reklam qanunvericiliyi ilə bağlı seminar keçirilib
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Litvanın standartlaşdırma üzrə milli orqanı olan Litva Standartlar Şurasının (LST) nümayəndə heyəti mayın 22-23-də Azərbaycanda səfərdə olub. Səfər zamanı Litva nümayəndə heyəti Dövlət Xidməti və Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) bir sıra görüşlər keçirib.
Görüşlər zamanı tərəflər arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə olunub, həmçinin Avropa direktivləri və istinad standartlarının qəbulu əsasında milli texniki reqlamentlərin qəbulu prosedurları, istinad standartlarının tətbiqinə dair fikir mübadiləsi aparılıb.
AZSTAND və LST arasında imzalanmış Anlaşma Memorandumuna əsasən tərəflər standartlaşdırma sahəsində rəqəmsal həllərin tətbiqi, Texniki Komitələrin fəaliyyəti, standartların yayılmasında abunə praktikası üzrə əməkdaşlıq edəcək, istinad standartları sahəsində təcrübə mübadiləsi həyata keçirəcək.