Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Beynəlxalq Ticarət Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.
Memorandumu AZPROMO-nun rəhbəri Rüfət Məmmədov və Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru xanım Arança Qonzales imzalayıblar.
Anlaşma Memorandumunun imzalanması iyulun 5-də Bakıda keçirilən "Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol" layihəsinin açılış mərasimində baş tutub.