İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı və “MeetUp Networking Club” Azərbaycan mallarının Şri-Lanka və Hindistan bazarına ixracı layihəsinə start verib.
Azərbaycan Efiopiyaya un məmulatları ixrac edəcək
FED.az bu barədə Mərkəzə istinadən xəbər verir.
Məlumata görə, bu məqsədlə Şri-Lankada fəaliyyət göstərən idxalçı şirkətin nümayəndəsi Tani Shyen ilə görüş keçirilib. Görüşdə Azərbaycanda istehsal olunan bir qrup aqrar sənaye və qida məhsullarının Şri-Lanka və Hindistanda marketlər şəbəkəsinə çıxarılması istiqamətində danışıqlar aparılıb. T.Shyenə ixrac prosedurları üzrə zəruri sertifikatlaşdırma, gömrük, loqistika və sığorta kimi əməliyyatlar barədə qanunvericiliyin tələbləri izah olunub.
“Azexport”un rəhbəri Ayxan Qədəşov Azərbaycan mallarının onlayn təqdimatını həyata keçirib. Daha sonra ölkəmizdə yetişdirilən aqrar məhsulların dequstasiyası aparılaraq Şri-Lanka və Hindistan bazarında satış imkanları müzakirə olunub.
İdxalçı şirkətin nümayəndəsinin görüşlərinin aqrar sektorda fəaliyyət göstərən şirkətlərin bağlarında və qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələrində davam etdirilməsi nəzərdə tutulub.
İlkin mərhələdə müxtəlif meyvə şirələri, kompot, tomat pastası, fındıq, faraş formada nar, xurma, heyva, gavalı və armud, eyni zamanda qurudulmuş meyvə məhsullarının Şri-Lanka və Hindistan bazarındakı satış şəbəkələrinə çıxarılması nəzərdə tutulub. Bu istiqamətdə əməkdaşlığa maraqlı olan sahibkarlar təkliflərini “azexport.az” portalı və “MeetUp Networking Club” vasitəsilə təqdim edə bilərlər.