Tələblər:
• 25-35 yaş arasında olmalı;
• Ali hüquqi təhsil;
• Hüquq üzrə minimum 3-5 il iş təcrübəsi;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, Rus və İngilis dilini yaxşı səviyyədə bilməli;
• Hüquqi sənədləri sərbəst hazırlamalı;
• Ünsiyyətcil olmalı və qrup şəklində işləmək qabiliyyətinə, təhlil və analiz etmə bacarığına, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq qabiliyyətinə malik olmalıdır.
Vəzifə və Öhdəliklər:
• Fərqli sahələr üzrə müxtəlif növ müqavilələr (alqı-satqı, icarə, xidmət, podrat, təsis və s.) hazırlanması, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi, müqavilə müddəaları üzrə müzakirələr, razılaşdırmalar aparılması;
• Hüquqi şəxslərin etibarnamə əsasında dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
• Hüquqi və fiziki şəxslərlə yaranan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tədbirlər görülməsi;
• Şirkət müəssisələrinin tərəf kimi iştirak etdiyi birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində nümayəndə kimi iştirak edilməsi, məhkəmə sənədlərinin (iddia ərizələri, etibarnamələr, vəsatətlət, yazılı izahatlar, apellyasiya və kassasiya şikayətləri, məhkəmə çıxışları və s.) hazırlanması;
• Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının təmin edilməsi üzrə işlər görülməsi;
• Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi;
• Dövtət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
• Şirkətin fəaliyyətini tənzimləyən bütün növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və onlara hüquqi rəy verilməsi;
• Daşınmaz əmlak və torpaq sahələri üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının notariat ofislərində və qeydiyyat orqanlarında rəsmiləşdirilməsinin təmin edilməsi;
• Hüquqi şəxslərin təsis edilməsi, filial və ya nümayəndəliklərinin yaradılması və onların dövlət qeydiyyatının həyata keçirilməsi;
• MMC və Səhmdar cəmiyyətlərinin ümumi yığıncaqlarının protokolların, qərarlarının hazırlanması, səhmdar cəmiyyətlərin səhmləri ilə bağlı məsələlərin Maliyyə Bazarlarına Nəzarət Palatasında həll edilməsi;
• Əmtəə nişanlarının və coğrafi göstəricilərin, patentlərin, sənaye nümunələrinin, ixtiraların, müvafiq orqanlarda qeydiyyatdan keçirilməsi
• Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) alınması üzrə sənədlər hazırlanması, müvafiq dövlət orqanlarına təqdim edilməsi və lisenziyaların alınması;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (“Hüquqşünas” başlığı ilə) göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.