“Dövlət Gömrük Komitəsinin rəsmisinin poçt göndərişləri ilə mobil telefonların ölkəyə gətirilməsinə dair verdiyi açıqlamasında "Azərpoçt" MMC-nin əməkdaşları və şöbələri ilə bağlı söylədikləri faktların araşdırılmamış məlumat olduğunu Komitənin rəsmi səhifəsində yayılan xəbərlə DGK təsdiqlədi".
FED.az xəbər verir ki, bu barədə “Azərpoçt”dan Marja-ya daxil olan açıqlamada bildirilib.
Məlumatda qeyd olunur: "Bu təkzib özü göstərir ki, söylənən faktlar araşdırılmaqdadır,hələ heç bir nəticə yoxdur və "Azərpoçt" MMC-yə bu cür halların mövcudluğu ilə bağlı rəsmi müraciət olunmayıb”.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərli bəzi poçt əməkdaşlarının qanunsuz mobil telefon alverinə kömək etdiyini, xüsusilə “Azərpoçt”un bölgələrdə fəaliyyət göstərən filiallarında bu kimi hallara rast gəldiklərini bildirmişdi.
DGK isə sonradan məsələ ilə bağlı açıqlama verərək hər bir fakt üzrə araşdırmalar aparıldığını qeyd edib.
“Azərpoçt”dan Gömrük Komitəsinin açıqlamasına - REAKSİYA
20:48
28 Sen 2018