Azərbaycanın əsas pambıq məhsulları ixracçısı olan “Azərpambıq”ın ixrac gəlirləri yanvar ayında kəskin azalıb.
Azərbaycanın ən böyük ixrac şirkətləri - SİYAHI
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərtib etdiyi yanvar ayı üzrə “İxrac İcmalı”nda bildirilir.
İcmala əsasən qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında “Azərpambıq” ASC 5-ci yerdə qərarlaşıb.
Şirkət bu ilin yanvarında ayında 2,2 milyon dollarlıq məhsul ixrac edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyon dollar, yəni 37,1% azdır. Keçən ilin yanvarında “Azəralümünium” ASC-in ixrac gəlirləri 3,5 milyon dollar təşkil edib.