2023-cü ilin yanvar-aprel ayları üzrə məlumata görə, Azərbaycanda qiymətlərin artımı eyni dövrdə maaşların artımı sürətini qabaqlayır.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-mart aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,4 faiz artaraq 901,3 manata çatıb.
Bu dövrdə qiymət artımı isə 13,5% təşkil edib. Komitənin məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 113,5 faiz təşkil edib.
Bu dördə qiymətlər ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 16,6 faiz, qeyri-ərzaq malları üzrə 11,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 10,7 faiz yüksəlib.