“Azərmaş” MMC-dən “Khazar-SD” avtomobili alan dövlət qurumlarının sayı artır.
“Azərmaş” MMC Qazax Rayon Statistika İdarəsi, Lənkəran Şəhər Statistika İdarəsi, Gəncə Şəhər Statistika İdarəsi və Cəlilabad Rayon Statistika İdarəsi “Azərmaş” MMC ilə müqavilələr bağlayıblar. Hər bir idarə 1 ədəd xidməti avtomobil alır (cəmi 4 avtomobil). “Azərmaş” bir avtomobili 16500 manata satıb.
Bunlardan başqa, “BAZA Dövlət Avtomobil Nəqliyyatı Xidməti” də “Azərmaş” ilə müqavilə bağalayıb. Müaqaviləyə əsasən Xidmət 2 ədəd “Khazar SD” nəqliyyat vasitəsi alır. Müqavilənin məbləği 33000 manatdır.