Cari ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin fevral buraxılışında qeyd olunub.
Məlumata görə, cari ilin ilk ayında “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətlərinin (Azerspace-1) ixracından 1,1 mln. dollar məbləğində gəlir əldə edib.
“2018-ci ilin yanvar ayı ilə müqayisədə “Azərkosmos” ASC-nin xidmət ixracı 2,6 dəfə artıb. “Azərkosmos” ASC-nin 2018-ci ilin yanvar ayında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Nigeriya, Almaniya və Gürcüstandır”, - deyə məlumatda bildirilir.