SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi yaranmış borca görə "Azəristiliktəchizat" ASC-yə müraciət edib.
Bunu Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalayev deyib.
Onun sözlərinə görə, isitmə mövsümünün başlaması ilə qaz ilk növbədə debitor borcları olmayan qazanxanalara veriləcək.
"Azəristiliktəchizat"ın "Azəriqaz" İB qarşısında debitor borcunun məbləği 2016-cı ilin 9 ayında 8,4 milyon manat təşkil edib.