Şirkət haqqında:
AzerGold QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.
Vəzifə: Çovdar Filiz Emalı Sahəsi / Texniki xidmət və təmir bölməsinin rəhbəri
İş yeri: Daşkəsən
Əsas vəzifə və öhdəliklər:
• Bölmənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
• Bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək;
• Fəaliyyətin və eyni zamanda gərəkən resursların planlanması.
• Aylıq hesabatların hazırlanması;
• İşlərin yerinə yetirilmə metodlarının hazırlanması;
• Gərəkən mal material təhcizatı qrafikinin hazırlanması va ona nəzarət;
• Yerinə yetirilmiş işlərin ölçülməsi və müvafiq mal material silgisinin təşkili;
• Yerinə yetirilmış işlər üçün hesabların hazırlanması;
• Avadanlıqların və qurğuların mexaniki hissələrinin layihəyə uyğun olaraq quraşdırılmasının təşkil edilməsi;
• Avadanlıqların quraşdırılması zamanı texnoloji ardıcılığının qorunub saxlanmasının təmin edilməsi;
• Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi;
• Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlanması və onların işinin istiqamətləndirilməsi;
• Quraşdırma işləri zamanı hər hansı bir səbəbdən baş vermiş çatışmamazlıqlar barəsində dərhal birbaşa rəhbərliyin məlumatlandırılması;
• İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
• Müvafiq sənədləşmə işlərinin aparılması;
• Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi;
• Müvafiq hesablamaların aparılması. (işin həcmi, istifadə materialları, işçi qüvvəsi)
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Təşkilatçılıq və İdarəetmə bacarığı;
• Qüvvədə olan tikinti və layihələndirmə normativləri ilə tanışlıq;
• Texniki həll verə bilmək bacarığı və analitik qabiliyyət;
• Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri üzrə biliklər;
• Microsoft Office proqramlarını mükəmməl bilməli;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili və İngilis dili arzuolunandır;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.
Tələb olunan təhsil və iş təcrübəsi:
• İnşaat sahəsi üzrə Ali təhsil;
• Yol və Sənaye obyektlərinin tikintisi üzrə rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Texniki xidmət və təmir bölməsinin rəhbəri" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.