2019-cu ilin I rübündə Azərbaycana $18 mln. 747,9 min dəyərində siqaret idxal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12,8% azdır. FED.az xəbər verir ki, bu barədə agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycana siqaretin əsas tədarükçüsü Ukrayna olub. Bu ölkədən $15 mln. 958,66 min dəyərində (azalma 14,5% - İF) siqaret idxal olunub. Bütövlükdə, respublikaya siqaret idxalının 85,1%-i Ukraynanın payına düşüb.
Eləcə də bax: Azərbaycana 39 milyon dollarlıq gübrə gətirilib
Bundan başqa, yanvar-mart aylarında Rusiyadan Azərbaycana $1 mln. 791,89 min (azalma 11,9%), Belarusdan isə $997,36 min dəyərində (artım 40%) dəyərində siqaret idxal edilib.
2018-ci ildə Azərbaycana $152 mln. 391,89 min dəyərində siqaret idxal olunub ki, bu da 2017-ci ilin göstəricisindən 4,7% azdır.