2023-cü ilin ilk 11 ayında Azərbaycan xarici ölkələrlə 47 milyard 326 milyon dollar həcmində ticarət aparıb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə xarici ölkələrə 3 383 adda ümumi məbləği 31 milyard 513 milyon dollarlıq məhsul ixrac edib.
Xarici ölkələrdən isə 7 616 adda ümumi məbləği 15 milyard 813 milyon manatlıq məhsul idxal edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədən xaricə məhsul ixracı 4 milyard 822 milyon dollar azalıb.
Xaricdən idxal isə 2 milyard 932 milyon dollar artıb.
Nəticədə 2022-ci ilin ilk 11 ayında Azərbaycanın xarici ticarət saldosu 23,5 milyard dollar olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 15,7 milyard dollara düşüb.