2017-ci ildə xaricdən Azərbaycana idxal edilən qiymətli daş-qaşlar və qızıl-zinət əşyalarının idxalı artıb.
FED.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən il idxal edilən mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, bijuteriya və sikkələrin ümumi dəyəri 30 847.66 min dollar olub. Bu malların ümimi idxalda payı 0,35% təşkil edib.
Bu məbləğ 2016-ci illə müqayisədə 2 161.4 min dollar çoxdur.
2016-ci ildə isə ölkəyə idxal edilən qiymətli daşlar və metalların həcmi kəskin artıb. Belə ki, həmin il bu məhsulların həcmi 28 686.26 min dollar olub. Əvvəlki illə müqayisədə 4 dəfəyə yaxın artım müşahidə edilib.
2015-ci ildə xaricdən Azərbaycana cəmi 7 334.94 min dollar məbləğində qiymətli metal və daş-qaşlar idxal edilib.
Azərbaycanlıların qızıl-briliant sevgisi artır
20:53
19 Yan 2018