"Türkiyədə devalvasiyalar tez-tez baş verdiyinə görə, türk iş adamları belə hallara örəniblər və necə hərəkət edəcəklərini bilirlər. Amma Azərbaycanda belə hallar az olduğuna görə, 2015-ci ildə Azərbaycanda baş verən devalvasiya bəzi iş adamları üçün gözlənilməz oldu və şok effekti yaratmışdı".
FED.az xəbər verir ki, bu barədə Azərbaycanda yeni fəaliyyətə başlayan Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MUSİAD Baku) rəhbəri Abdurrəhman Uzun bildirib. Onun sözlərinə görə, həmin dövrlərdə türk işi adamları bəzi yerli şirkətlərə narahat olmamağı, təşvişə düşməməyi və vəziyyəti düşünərək qiymətləndrməyi tövsiyə ediblər.
"Azərbaycanlı iş adamları devalvasiyadan şoka düşmüşdülər"
11:57
25 Noy 2017