Vergilər Nazirliyi “Coffee House Azerbaijan” MMC-ni dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 10 manatdır.
MMC-nin qanuni təmsilçisi Ağayev Qorxmaz Siracəddin oğludur.
Qeyd edək ki, Qorxmaz Ağayev “Bank VTB – Azərbaycan”ın Müşahidə Şurasının üzvüdür. O, “AtaHolding” ASC-nin hüquq departamentinin müdiridir. Q.Ağayev 2015-ci ilin yanvarından 2016-cı ilin fevralınadək isə "Caspian Development Bank" ASC-nin Müşahidə Şurasının üzvü olub. Bankir həmçinin Azərbaycanda nümayəndəlik açmış "AzMont İnvestments" MMC-nin qanuni təmsilçisidir.
Apa©