Gürcüstanın strateji tərəfdaşı və əsas investoru olan Azərbaycanda uğurlu islahatlar aparılır və bu baxımdan iki ölkə arasında təcrübə mübadiləsi vacibdir.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qonşu ölkənin maliyyə naziri Mamuka Baxtadze bildirib.
O, həmçinin deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi 2-3 dəfə arta bilər: “Azərbaycanla ticarət-iqtisadi münasibətlərin yaxşı perspektivi mövcuddur. Bu il ticarət dövriyyəsində artım olub və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, Cənub Qaz Dəhlizi kimi layihələrin hesabına dövriyyə 2-3 dəfə arta bilər”.
Gürcü nazirin sözlərinə görə, BTQ tam istismara verildikdən sonra onun ilkin mərhələdə 5 mln. ton yük daşınması, növbəti illərdə bu rəqəmin 10 mln. tona çatdırılması gözlənilir: “Bu dəhlizə tələbat gözlənildiyindən çoxdur. Dəmir yolu xətti ilə il ərzində 300 min konteynerin daşınacağını proqnozlaşdırırıq”.