Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyi daima dəstəkləyir.
FED.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Bakıda keçirilən 5-ci iclasında bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədə inkişaf etsə də, bu sözü digər sahələrə əlaqələrə aid etmək olmaz.
“Bizim məqsədimiz əlaqələri daha da inkişaf etdirmək, intensivləşdirək və qardaşlıq münasibətləri səviyyəsinə çatdıraqdır. İki ölkə arasında ticarət dövriyyəsi elə də yüksək deyil və mövcud potensialı əks etdirmir. Bu, qarşımıza əlavə şərtlər qoyur ki, ticarət əlaqələrimizi inkişaf etdirək”, - nazir qeyd edib.