İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrə Əməkdaşlıq Ofisinin (SECO) Cənubi Qafqaz üzrə regional direktoru xanım Daniela Myuli və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan və SECO arasında əməkdaşlığın cari vəziyyəti və perspektiv imkanları, ölkənin investisiya və iqtisadi rəqabət mühiti, həmçinin Vergilər Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.