Bu gün Azərbaycanla Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb.
FED.az xəbər verir ki, sənədlərə Bakıda keçirilən Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının birinci iclası çərçivəsində imza atılıb.
Qazaxıstan ilə Azərbaycan arasında 7 sənəd, o cümlədən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında Memorandum;
Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Qazaxıstan Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Saziş;
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi” arasında Anlaşma Memorandumu;
“QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi”, Vəliyev Nahid Abbas oğlu “Tayqa Trade” və “Maslo-Del” MMC arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;
“QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi”, “Cool İnfinity”” və “Foodcity Alliance” arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;
“KTZ Express Hong Kong Limited” MMC və “ADY Container” MMC arasında Tərəfdaşlıq Sazişi imzalanıb.