Yanvarın 20-dən etibarən “Azərbaycan Hava Yolları”na (AZAL) QSC-ə məxsus təyyarə ilə Azərbaycanla Küveyt arasında ilk dəfə olaraq çarter reysləri fəaliyyətə başlayıb.
Azərbaycanın Küveytdəki səfirliyindən verilən məlumata görə, “Əl-Kazimi Şirkətlər Qrupu” ilə razılaşmaya əsasən, növbəti çarter reysləri fevral, aprel, iyun, iyul və avqust aylarında bir dəfə olaraq həyata keçiriləcək.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Küveytə ilk uçuşu ilə bağlı açılış mərasimi keçirilib. Açılışda müvəqqəti işlər vəkili Cavid Musayev və “Əl-Kazimi Şirkətlər Qrupu”nun prezidenti çıxış ediblər.
Küveytin “Əl-Cəzirə” aviaşirkətinə məxsus təyyarə də yanvarın 20-də Azərbaycana ilk çarter reysi həyata keçirib.