Azərbaycanla Suriya arasında ticarət dövriyyəsi son bir ildə 90 dəfə artıb.
Azərbaycanın xaricə satdığı fındığın kiloqramı 4 manatdan çox - BAHALAŞIB - YENİ QİYMƏT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2024-cü ildə iki ölkə arasında ğticarət dövriyyəsi təqribən 1 milyon dollar olduğu halda, 2025-ci ilin ilk 11 ayında bu rəqəm təqribən 92 milyon dollara yüksəlib.
Ticarət dövriyyəsinin 90,7 milyon dolları Azərbaycandan Suriyaya ixracın, 1,3 milyon dolar isə Suriyadan Azərbaycana ixracın payına düşüb.
Azərbaycanın bu dövrdə Suriyaya ixrac etdiyi əsas məhsul təbii qazdır – 87 milyon dollar dəyəri olan 254 milyon kubmetr qaz. Qazın 1000 kubmetri Suriyaya 342 dollardan satılıb.
Sonrakı yeri fındıq tutur – bu dövrdə Suriyaya 3 milyon 043 min dollarlıq 294 ton fındıq ixrac edilib. Azərbaycan fındığı Suriyaya kiloqramı 17,6 manatdan ixrac edilib.
Suriyadan isə Azərbaycana əsasən kartof gətirilib – 797 min dollar dəyərində 1 266 ton - Suriyadan gətirilən kartofun kiloqramı orta hesabla 1,07 manatdan idxal edilib.











