“Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanla bağlı yeni strategiya üzərində işləyir və onu bu ilin sonuna qədər təqdim etməyə hazırlaşır”.
FED.az xəbər verir ki, bunu Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən "Astana İqtisadi Forumu" (AEF-2019) çərçivəsində "Report"a açıqlama verən Bankın prezidenti Dmitri Pankin deyib.
Eləcə də bax: Daşınar əmlakın girov kimi geniş istifadə edilməsi ölkədə rəqabət mühitini artıracaq
Onun sözlərinə görə, 2019-2022-ci illəri əhatə edəcək bu sənədlə bağlı şəxsən Azərbaycana səfər edəcək.
“Düşünürəm ki, ilin sonuna qədər bu strategiyanı hazırlayıb təqdim edəcəyik. Bununla bağlı Azərbaycana səfərim gözlənilir”, - deyə o qeyd edib.
Xatırladaq ki, Azərbaycan QDTİB-nin 5%-lik səhmdarıdır. Bankın kredit portfelində ölkəmizin payı 7,2% təşkil edi