Prezident İlham Əliyev “Azərbaycan Hökuməti ilə Albaniya Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmana əsasən, 2024-cü il martın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Hökuməti ilə Albaniya Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Albaniya Nazirlər Şurasına bildiriş göndərməlidir.