2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3% artaraq 4 milyard 89,522 milyon avro təşkil edib.
Elektrik enerjisi 1-ci, fındıq 2-ci, polipropilen 3-cü olub - İXRAC İCMALI
FED.az xəbər verir ki, fevral ayında Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi 1 milyard 750,636 milyon avro (2022-ci ilin fevral göstəricisindən 19,6% çox) təşkil edib. Statistik məlumatlara görə, 2023-cü ilin fevral ayında Azərbaycandan Aİ ölkələrinə ixrac 1 milyard 562,459 milyon avro (azalma 24%), bu ilin yanvar-fevral aylarında 3 milyard 672,991 milyon avro (azalma 2,6%) təşkil edib. Öz növbəsində, 2023-cü ilin fevral ayında Aİ ölkələrindən Azərbaycana idxal 188,177 milyon avro (artım 54,4%), yanvar-fevral aylarında 416,530 milyon avro (artım 1,8 dəfə) təşkil edib.
Beləliklə, bu ilin yanvar-fevral aylarında Aİ ölkələri ilə ixrac-idxal münasibətlərində Azərbaycanın müsbət saldosu 3 milyard 256,461 milyon avro (2022-ci ilin yanvar-fevral aylarına nisbətən azalma 8,1%) təşkil edib. 2022-ci ildə Azərbaycan və Aİ ölkələri arasında ticarət dövriyyəsi rekord səviyyəyə - 33 milyard 154,208 milyon avroya (2021-ci illə müqayisədə artım 2,3 dəfə), Azərbaycanın ixracı 2,4 dəfə artaraq rekord həddə - 31 milyard 107,429 milyon avroya, idxalı isə 39,4% artaraq 2 milyard 46,779 milyon avroya çatıb. 2022-ci ildə Aİ ilə ticarət əlaqələrində Azərbaycanın müsbət saldosu 29 milyard 60,650 milyon avro təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,5 dəfə çoxdur. (İnterfaks-Azərbaycan)