Dövlət Statistika Komitəsi 2019-cu ilin yanvar ayı üçün xarici ticarət haqqında məlamtları açıqlayıb.
FED.az xəbər verir ki, 2019-cu ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 129 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 69 ölkəyə məhsul ixrac olunmuş, 126 ölkədən idxal olunmuşdur.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ən çox məhsul ixrac edilən ölkələr aşağdakılardır:
İtaliya – 34,7%,
Türkiyə - 10%,
Portuqaliya – 7,9%,
İsrail – 6%,
Çexiya - 5,5%,
Hindistan – 4,8%,
Vyetnam – 4,5%,
Gürcüstan - 3,9%,
Rusiya – 3,8%,
Tailand – 3,5%,
Ukrayna – 3%,
Birləşmiş Krallıq və Yunanıstana – hər biri 2,9% ,
Almaniya - 2,7% olub, qalan 3,9 faizini isə digər ölkələr təşkil edir.