2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 17,7% artaraq 17,692 mlrd. ABŞ dolları təşkil edib.
Eləcə də bax: Azərbaycan I yarımillikdə şokolad ixracını 27%, idxalını 16% - Artırıb
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk yeddi ayında Azərbaycan xarici ölkələrə 11,394 mlrd. dollarıq məhsullar ixrac edib və 6,298 mlrd. dollarıq idxal həyata keçirib. Bu, illik müqayisədə 24,8% və 6,7% çoxdur.
Beləliklə, bu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 5,096 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 57,7% çoxdur. (Apa)