2022-ci ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 52 milyard 686 milyon 488 min dollar təşkil edib.
2022-ci ildə qeyri-neft ixracı - 3 MİLYARD DOLLAR OLUB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac əməliyyatları üzrə 38 milyard 146 milyon 629 min ABŞ dolları, idxal əməliyyatları üzrə 14 milyard 539 miylon 858 min ABŞ dolları ticarət baş tutub.
İxracın həcmi idxalın həcmini üstələdiyindən 23 milyard 606 milyon 771 min ABŞ dolları saldo yaranıb.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 33 milyard 912 milyon 458 min ABŞ dolları, o cümlədən ixrac əməliyyatları 22 milyard 206 milyon 671 min ABŞ dolları, idxal əməliyyatları 11 milyard 705 milyon 787 min ABŞ dolları, müsbət saldo 10 milyard 500 milyon 884 min ABŞ dolları olmuşdu.