Azərbaycan bu ilin yanvar ayı ərzində 117 ölkə ilə 1 254 680, 26 min ABŞ dolları həcmində ticarət əməliyyatı aparıb. FED.az xəbər verir ki, “Report”un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi məlumata görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə bu, 154 795,88 min dollar yaxud 14,07% çoxdur.
Yanvarda aparılan ixrac əməliyyatlarının həcmi ötən ilin yanvarına nisbətən 147 551,78 min dollar yaxud 22,46% artaraq 804 627,99 min dollar olub.
Bu ilin ilk ayında idxal əməliyyatlarının həcmində də artım qeydə alınıb. Belə ki, yanvarda idxalın həcmin 7 244,10 min dollar yaxud 1,64% artıb və 450 052,27 min dollar olub.
Bu ilin idxal-ixrac əməliyyatlarında 354 575,72 min dollarlıq müsbət saldo yaranıb. Ötən illə müqayisədə müsbət saldo 140 307,68 min dollar yaxud 65,48% artıb.