Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 814 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Eləcə də bax: “Azərbaycan xurma ixracı üçün əsas bazarlardan birini itirib”
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyin dövrünə nisbətən 74 % çoxdur.
9 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 521 milyon ABŞ dolları ixracın, 10 milyard 293 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2 dəfə, idxal isə 23,4 % artıb.
Son nəticədə xarici ticarətdə 19 milyard 228 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,1 dəfə çoxdur. (Report)