2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 84 ölkəyə məhsul ixrac olunub, 149 ölkədən idxal olunub.
Azərbaycanda ilk dəfə ilin ilk rübündə 1 milyard dollara yaxın ixrac həyata keçirilib
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 8 milyard 370,7 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 5 milyard 719,7 milyon dollarını və ya 68,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 651,0 milyon dollarını (31,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 3 milyard 68,7 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,7 faiz, real ifadədə 4,5 faiz, o cümlədən idxal 10,9 faiz, ixrac isə 2,4 faiz artıb.