Azərbaycanın xarici ticarət dövriyyəsində 6 milyard dollarlıq müsbət saldo yaranıb.
Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 33,303 milyard dollar olub. FED.az xəbər verir ki, bu göstərici 2018-ci ilin dekabr ayı ilə müqayisədə 2,379 milyard və ya 7,69% çoxdur. Belə ki, ötən il Azərbaycanın xarici ölkələrlə ticarət əməliyyatının həcmi 30,923 milyard dollar olub.
Eləcə də bax:Gömrük Komitəsindən xarici ticarət iştirakçılarına - XƏBƏRDARLIQ
Xarici ölkələrlə əməliyyatda ixrac idxalı üstələyib. Belə ki, keçən ilin xarici ticarət dövriyyəsinin 19,636 milyard dolları ixracın, 13,667 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,9%, idxal isə 19,2% artıb. Yekun nəticədə xarici ticarətdə 5,968 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 25,35% azdır.