2018-ci il, 1 yanvar tarixinə Azərbaycanın dövlət borcu 17 mlrd. 7,4 mln. manat həcmində qiymətləndirilir. FED.az xəbər verir ki, Hesablama Palatasından verilən məlumata görə, ötən ilin eyni dövründə dövlət borcunun 13 mlrd. 471,4 mln. manat həcmində qiymətləndirilib. Beləliklə, 2017-ci ildə dövlət borcu 26,2% artıb.
“1 yanvar 2018-ci il tarixinə Azərbaycanın dövlət borcu 17 mlrd. 7,4 mln. manat və ya ÜDM-in 24,3%-i təşkil edir (2016-cı ilin sonuna - ÜDM-in 22,5%). Adambaşına dövlət borcu 1718,3 manata bərabərdir (2017-ci il ərzində artım 25,1%).
Dövlət borcu strukturunda 15 mlrd. 978,1 mln. manat (93,9%) xarici borc, 1 mlrd. 29,3 mln. manat (6,1%) daxili borcun payına düşüb. Bununla belə, 2017-ci ildə Azərbaycanın xarici borcu 35,9% artıb, baxmayaraq ki, daxili borc 16,3% azalıb.