Yanvar-may aylarında ölkədən 20,9 min ton alma ixrac edilib.
Eləcə də bax: İstixanaların satış və ixrac ilə bağlı - ÇƏTİNLİKLƏRİ YARANIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən verdiyi xəbərə görə, ixrac edilən almanın dəyəri 8,8 milyon ABŞ dolları olub.
Ötən ilin eyni dövründə Azərbaycandan dəyəri 15,9 milyon dollar olmaqla 38,6 min ton alma ixrac edilib.
Belə ki, 2019-cu ilin ilk 5 ayı ilə müqayisədə cari ilin yanvar-may aylarında almanın ixracı miqdar ifadəsində 46% azalıb, dəyər ifadəsində isə 45% azalıb.