2020-ci ilə qədər Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin həcmi 20 milyard dolları keçəcək.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici iqtisadi əlaqələr Şurasının rəhbəri Səlcuq Akat deyib.
Onun sözlərinə görə, iki ölkə arasında 2016-ci ildə mal dövriyyəsinin həcmi 1,6 milyard dollar təşkil edib.
"Sərmayələrinin böyük hissəsi SOCAR şirkətinin payına düşür", - deyə Akat bildirib.